Sami Samin Kimdir?

Dr Sami Samin
Sami Samin Ənvərulhaq oğlu

Sami Samin Ənvərulhaq oğlu 23.12.1975- ci ildə Əfqənistanda anadan olmuşdur. İbtidai və orta təhsilini başa vurduqdan sonra, 1997- ci ildə İzmir Doqquz Eylül Universiteti Tibb Fakultəsinə qəbul olmuşdur. 2004 -ci ildə tibbi təhsilini tamamlamış, elə həmin ildə Tibb Uzmanlığı imtahanından ( TUS) müvəffəqiyyətlə keçmişdir. 2005 -ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultəsində Uşaq Psixiatriya ixtisasına daxil olmuş, 2007 -ci ildə təhsilini başa vurmuşdur.

Dr.Sami Samin 2007 -ci ildə İstanbul Şişli Etfal Təhsil və Araşdırma Xəstəxanasında Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə şöbəsində ixtisaslaşmağa başlamışdır.

2012 -ci ildə başa vurduqdan sonra Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə Mütəxəssisi adını qazanmışdır. Bundan əlavə, 2012- ci ildə illik üz-çənə cərrahiyyəsi təhsilini tamamladıqdan sonra, 2013 –ci ildən Xətai Estetik Klinikasında fəaliyyət göstərib.

2020- ci ildə Azərbaycanın ən tanınmış klinikalarından biri olan Baku Medikal Plaznın Babək filialında Estetik Cərrahiyyə mərkəzini yaratmışdır. Yüzlərlə uğurlu Rinoplastika (burun əməliyyatı) əməliyyatı keçirmişdir. Hal-hazırda bütün əməliyyatlarını Baku Medikal Plazanın Babək filialında həyata keçirir.